Fevral 20, 2021

KORONAVİRUS SÜNİ YARADILMIŞ VİRUSDUR

Koronavirus, bir ildən çox müddətdir ki, dünya səviyyəsində bir böhrana gətirib çıxarıb. Yeni bir çalışmada elm adamı Prof. Dr. Roland Vayzendanqer virusun mənşəyini işıqlandırıb. Araşdırmalarda Uhan Viroloji İnstitutunda mövcud pandemiyanın səbəbi olaraq bir laboratoriya qəzasını göstərən bir sıra keyfiyyətli qaynaq olduğu nəticəsinə çatıb.

Çalışma, 2020-ci ilin yanvar-dekabr ayları arasında reallaşdırılıb və çox ciddi faktlara əsaslanır. Bunlar arasında elmi ədəbiyyat, çap edilmiş və tərcümə olunmuş məqalələr və beynəlxalq araşdırmaçılarla fərdi ünsiyyət var. Elmə söykənən hər hansı bir dəlil təqdim etməzlər, ancaq çox sayda əhəmiyyətli göstəricilər var:

  • SARS və MERS kimi erkən koronavirusa söykənən epidemiyaların əksinə, elm birliyi SARS-CoV-2-in yarasalardan insanlara keçməsini mümkün edən faktları təyin edə bilməyib. Bu səbəblə, epidemiyanın zoonotik şərhi üçün möhkəm bir təməl yoxdur.
  • Epidemiyanın şübhəli mərkəzi olan Uhanın mərkəzindəki bazarda satışda yarasa yox idi. Yarasaların təbii olaraq təxminən 2000 km uzaqlıqdan Uhana gəlib Uhan Viroloji İnstitutunun yaxınlığında dünya səviyyəsində bir epidemiya başlatması son dərəcə aşağı bir ehtimaldır.
  • Uhan Viroloji İnstitutundakı bir araşdırma qrupu, bunları daha yoluxucu, daha təhlükəli və daha ölümcül hala gətirmək məqsədiylə illərdir koronavirusların genetikasını araşdırırdı. Bu, çox sayda nəşr tərəfindən sübut edilmişdir.
  • Uhan Viroloji İnstitutunda koronavirus epidemiyasının başlamasından əvvəl təhlükəsizlik tədbirlərinin qeyri-kafi olduğu sənədləşdirilib.

SARS-CoV-2 virusunun laboratoriya qaynaqlı olduğuna dair çox sayda göstərici vardır və Uhan Viroloji İnstitutundakı gənc bir araşdırmaçının virusa yoluxmuş ilk adam olduğunu göstərməkdədir. Əlavə olaraq, SARS-CoV-2 virusunun Uhan Viroloji İnstitutundan Uhan şəhərinə və kənarına yayıldığına dair göstəricilər var. Çinli səlahiyyətlilərin institutda 2019-cu ilin oktyabr ayının ilk yarısında bir araşdırma etdiyinə dair göstəricilər də var.

“Mövcud koronavirüs epidemiyası yalnız aktual başlıqlara hakim olmaqla qalmır, eyni zamanda ictimai və iqtisadi təsirləri səbəbiylə önümüzdəki illərdə bizi məşğul edəcək. Korona böhranıyla başa çıxmaq həm siyasətdə həm də mediada ən çox danışılan mövzu oldu. Bununla birlikdə, mövcud pandemiyanın mənşəyilə bağlı problemin elmi əsaslı tənqidi bir araşdırması bu gün böyük əhəmiyyət daşımaqdadır, çünki gələcəkdə bənzər pandemiyaların təkrar ortaya çıxma ehtimalını ən azından endirmək üçün yalnız bu məlumat təməlində kafi tədbirlər alına bilər “ deyə açıqlayır. Prof. Dr. Roland Vayzendanqer.

Çalışma 2021-ci ilin yanvar ayında tamamlandı və ilk olaraq elmi sferada müzakirə edildi. Nəşri, xüsusilə virusları insanlar üçün daha yoluxucu, təhlükəli və ölümcül hala gətirən bu cür “funksiya qazanımı” araşdırmalarının etik istiqamətlərilə bağlı geniş əhatəli bir çalışma başlatmağı məqsəd qoymaqdadır. Prof. Vayzendanqer çalışmasını nəşr edərkən açıqladı: “Bu artıq yalnız kiçik bir qrup elm adamının məsələsi ola bilməz; ictimaiyyətdə müzakirə edilən bir mövzu halına gəlməsi vacibdir.”

Mənbə: https://www.uni-hamburg.de/newsroom/presse/2021/pm8.html?fbclid=IwAR2HRHdo18XiRSESYeO9RqtnMBue_xq0kvwfaOg5gMw0vKPScHADGCHPgyI