Mart 26, 2019

Kosmosun dərinliklərində radiosiqnal təsbit edildi

Astronomlar kosmosun dərinliklərindən gələn davamlı radiosiqnalları təsbit etdiklərini bildirdilər.

Kanadadakı “British Columbia” universitetindən elm adamları təqribən 1.5 milyard işıq ili uzaqlıqdan gələn radiosiqnallar təyin edib.

Siqnalların Okanaqan vadisindəki CHIME adlı radio teleskopuyla təyin edildiyi bildirilir.

“British Columbia” universitetindən astrofizik İnqrid Steyrs, kosmosun dərinliklərində bu dalğalardan daha çox ola biləcəyini ifadə edərək daha çox mənbə təyin ettikcə, bu siqnalların hardan gəldiyi və bunlara nə səbəb olduğu ilə əlaqədar daha çox məlumata sahib ola biləcəyimizi dilə gətirib.

Güclü radio dalğalar ilk dəfə 2007-ci ildə Avstraliyadakı “Parkes” radio teleskopu tərəfindən təyin edilmişdi.