Aprel 1, 2019

Marsa gedəcək ilk insan qadın ola bilər

NASA Marsa ayaq basacaq ilk insanın bir qadın ola biləcəyini açıqladı.

NASA rəhbəri Cim Braydenstayn qatıldığı bir radio proqramında, “Marsa ayaq basacaq ilk insan bir qadın ola bilər.”,- sözlərini söylədi.

Marsa gedəcək insanın hələ dəqiqləşmədiyini ifadə edən Braydenstayn, NASA-nın gələcək dövrdəki proqramında qadınların ön planda olduğunu dedi.

Qadınlar Aya da gedəcək

Braydenstayn, bir twitter istifadəçisinin “NASA-nın bir sonrakı Ay səfərində qadınlara da yer veriləcək mi?” sualına, “Əlbəttə”,- cavabını verdi.