Mart 31, 2019

Marsda yeraltı su şəbəkəsinin izləri kəşf edildi

Astronomlar Marsda bir-biriylə əlaqəli köhnə yeraltı göllərin və geniş yeraltı su  şəbəkəsinin varlığına dair izlər tapıldığını bildirdi.

ABŞ Kosmos Agentliyi NASA və Avropa Kosmos Agentliyi ESA-nın Mars peyklərinin tapıntılarını araşdıran astronomlar, nəticələri “Journal of Geophysical Research” jurnalında işıq üzü görən araşdırmada, Mars kraterlərində təsbit edilən geoloji izlərin Qırmızı Planetin keçmişdə kompleks bir yer altı suyu sisteminə ev sahibliyi etdiyini göstərdiyini bildirdilər.

Peyklərin çəkdiyi səth görüntülərini araşdıran araşdırmaçılar, Marsın şimal yarım kürəsindəki dərin krater çuxurlarının səthində görülən dərin novların, hovuz formalı vadilərin və yelpik formalı çöküntülərin keçmişdə burada yeraltı göllərin və bunları bir-birinə bağlayan geniş bir yeraltı su sisteminin olduğunun dəlili olduğuna işarə etdi.

Hətta Marsda olan gil kimi mineralların ancaq uzun müddət suyla təmas nəticəsində meydana gələ biləcəyinə diqqəti çəkən araşdırmaçılar, bunun planetdə keçmişdə böyük miqdarda su olduğuna dəlil olduğunu vurğuladı.

Elm adamları Marsda 3-4 milyard il əvvəl nəhəng bir səth altı okeanı olduğunu və bunun yeraltı sularıyla daha kiçik yeraltı göllərinə bağlandığını düşünür. Marsdakı su varlığının Dünyadakına bənzər bir canlı həyatının izlərinin araşdırılması baxımından ipucu verəcəyi düşünülür.