Yanvar 26, 2019

Mişel Fuko və İran İslam İnqilabı

Mişel Fuko, İran İslam İnqilabına xüsusi maraq göstərən və bu inqilabı mədəni baxımdan araşdıran Fransız mütəfəkkirlərdən biridir. İran İslam İnqilabı Mişel Fukonun düşüncəsinə dərindən təsir etmişdir. O, həm İslam inqilabından əvvəl İranı ziyarət edərək, İran millətinin şah rejiminə qarşı qiyamını Abadan, Qum və Tehranda yaxından görmüş, həm də İmam Xomeyni Fransada olduğu günlərdə İmamla reportaj hazırlamışdı. Buna görə Fuko, İran İslam İnqilabı analizini həm meydanlardakı həqiqətlərə, həm də bu inqilabın öndəri ilə yaxından tanış olma əsasında təqdim edir.

Mişel Fuko, İran İslam İnqilabı üçün müxtəlif təbirləri istifadə edir. O, İran İslam İnqilabını modern hadisələrdən fərqli olaraq şərh edir. Ona görə İran İslam İnqilabı çağımızın ilk postmodernist inqilabı və ya onun təbiri ilə bəşəri nizamlara qarşı ilk böyük qiyam və qiyamın da ən müasir formasıdır. Fuko bu mövzuda belə deyir: İran hadisələri əli boş insanların hər kəsin çiyinində ağırlıq edən bir yükü, yəni qlobal nizam yükünü qaldırma səyidir. Bu qiyam, bəlkə də qlobal nizamlara qarşı ilk böyük qiyam ola bilər, qiyamın da ən müasir forması.

Fransız mütəfəkkir Mişel Fuko İran İslam İnqilabını heç bir təşkilat olmadan və siyasi partiyasız reallaşan və bənzəri olmayan bir inqilab olaraq qiymətləndirir.

Ruhsuz dünyanın ruhu, “İran; Allahın adıyla inqilab” adlı əsərin yazıçıları Mişel Fuko ilə İran İslam İnqilabı haqqında etdikləri söhbətlərə yer verdikləri kitaba bu adı seçirlər.

Mişel Fuko İran İslam İnqilabı, onun kökləri və səbəbləri haqqında əhəmiyyətli nöqtələrə toxunur. O, İran İslam İnqilabının iqtisadi və maddi səbəblərə söykənərək reallaşmış ola bilməyəcəyini, çünki bu inqilabda zəngin kəsimin də iştirak etdiyini ifadə edir. Fukoya görə Pəhləvi dövründə iqtisadi problemlər xalqı qiyama qaldırdıracaq qədər böyük deyildi.

Mişel Fuko, İran İslam İnqilabı üçün toplu iradə təbirini istifadə edir və bu toplu iradənin İran İslam İnqilabı əsnasında fövqəladə olduğunu qeyd edir. İran İslam İnqilabının reallaşmasının İranda yenilənmə və müasirliyin məğlubiyyəti olduğunu yazır.

Mişel Fukoya görə Pəhləvi kralı Məhəmməd Rza, daxildə bütün müxalif gücləri ortadan qaldırmışdı və buna görə daxili güclər ona qarşı hər hansı bir təhdid meydana gətirmirdi, lakin xalqın gücü Məhəmməd Rza üçün böyük bir təhlükə idi. Buna görə, xalqın gücü yığıldı və ardından onları səfərbər etdi. Səfərbər olan bu güc isə Pəhləvi rejiminin kökünü qoparmağı bacardı. Bu müddətdə ziyalıların və ya siyasi partiyaların heç bir rolu yox idi, əksinə xalq kütlələri ziyalıları öz arxalarından sürüdü.

Mişel Fuko bu mövzuda belə deyir: İranda məni təəccübləndirən şey budur ki, fərqli ünsürlərin arasında bir mübarizə müzakirə mövzusu deyildi. Bütün bunlara gözəllik və eyni zamanda əhəmiyyət qazandıran şey budur ki, bir tək mübarizə var idi. Bu mübarizə xalqla bütün silahları və polisləri ilə xalqı təhdid edən güc arasında idi. Çox uzaqlara getməyə də ehtiyac yoxdur. Bu gerçəyi açıqca görmək mümkündür: bir tərəfdən xalqın iradəsi, o biri yanda silahlar.

Mişel Fuko şah və ordunun gücünü şiddətin simvolu, xalqın gücünü isə gücün yumşaq ölçüsü olaraq qiymətləndirir. Fukoya görə İran İslam İnqilabı ilə digər inqilabların arasındakı fərqliliklərdən biri də budur, yəni döyüşün bir tərəfindən dişinə qədər silahlanmış bir rejim, o biri tərəfdə əli boş xalq gücü, amma eyni zamanda  görünməz bir gücə sahib olan bir xalq.

Mişel Fuko, yazdığı məqalələrindən birində də “Əli boş üsyan” başlığı altında bu mövzunu izah edir.

Mişel Fuko, İran İslam İnqilabını mədəni baxımdan da şərh edir. O, dini inancdan başqa heç bir faktor İranda xalq kütlələrini bu formada hərəkətə keçirə bilməyəcəyinə inandığını ifadə edir. İran xalqının İslam və Şiə məzhəbi ilə böyük bir güc topladığını və bu gücün sayəsində dişinə qədər silahlarla bəzənmiş Pəhləvi rejimini təslim olmağa məcbur etdiyini ifadə edir.

Fuko, İran millətinin şəxsiyyətinin din və məzhəblə bir bütün olunduğunu, lakin durğun, quru, etinasız və ruhsuz bir dinin inqilabçı olma qabiliyyəti olmadığını və bir başqa ifadə ilə xalqın dayağı ola bilməyəcəyini vurğulayır.

Mişel Fuko, Şiə məzhəbinin İran millətini müasirliyə qarşı üsyan etdirən faktor olduğunu, çünki Şiə məzhəbinin Qərb mədəniyyətinin sahib olmadığı xüsusiyyətlərə sahib olduğunu bildirir. Ona görə Şiə məzhəbinə əsaslanan üsyanlarda iki təsirli xüsusiyyət var; Bunlardan biri İmam Zaman inancı, digəri isə Şiə alimləridir.

Mişel Fuko, Şiə məzhəbinin İranda siyasi səfərbərlik başlatdığına inanır.

Fuko, İran İslam İnqilabında öndərliyin roluna xüsusi əhəmiyyət verir. Fuko, bu çərçivədə İran İslam İnqilabında lider faktorunun roluna xüsusi diqqət edir və İmam Xomeyninin güclü rolunu “İran inqilabının mifoloji lideri” başlıqlı məqaləsində ələ alır.

Mişel Fuko, İmam Xomeynidən Parisdə olan yaşlı müqəddəs olaraq danışır və İran millətinin,-hansı kəsimdən olursa olsun-, ona aşiq olduğunu vurğulayır.

Fuko İmam Xomeyni haqqında belə yazır:

Ayətullah Xomeyninin şəxsiyyəti əfsanəyə bənzəyir, çünki heç bir dövlət lideri və heç bir siyasi lider hətta bütün media orqanlarının dəstəyini alsa belə xalqı ilə bu cür dərin romantik bağları olduğunu iddia edə bilməz.

Mişel Fuko əlavə edir: Bu sözləri bir Boing təyyarəsinin pilotunun dostlarından birbaşa eşitmək çox təəccüblü idi və onlar belə deyirdilər: İranın əsrlərdən bu yana sahib olduğu ən qiymətli sərvəti Fransada, sizin yanınızdadır. Onu yaxşı qoruyun.

Fuko ayrıca Abadan şəhərində tətilə gedənlərin dilindən də belə yazır: Biz çox dindar deyilik. Biz heç kimə inanmırıq, nə bir siyasi partiyaya nə də xüsusi bir adama, heç kimə, təbii ki, Xomeynidən başqa, ancaq ona inanırıq.

Mişel Fukonun İran İslam İnqilabı haqqındakı görüşünün ən əhəmiyyətli tərəflərindən biri, siyasi mənəviyyatçılıqdır. O, İranda qaldığı günlərdə heç kimdən hətta bir dəfə olsun inqilab sözünü eşitmədiyini, lakin həmsöhbət olduğu insanların bir çoxunun tələblərinin İslami hökuməti olduğunu ifadə edir.

Fukoya görə İran millətinin istədiyi, İslami hökumətdir, ancaq İslami hökumət dini kəsimin hökuməti mənasını vermir. Bu sözdə məqsəd, bütün kəsimlərin tələblərini və  zövqlərini bir yerə toplamaqdır.

Mişel Fuko, bu mövzuda belə deyir: İran millətinin istədiyi şey, xalqın siyasi həyatına mənəviyyat ünsürünü də qatmaqdır. Mən İslami hökuməti bir düşüncə və ya bir ideal olaraq adlandırmaq istəmirəm, ancaq siyasi bir tələb olaraq məni təsirləndiyini söyləyə bilərəm, çünki bu baxımdan siyasətin mənəvi ölçü qazanması istiqamətində bir səydir.

Fuko, İran millətinin bu inqilabla mənəviyyatı siyasət arenasına geri gətirmək istədiklərini ifadə edir. Ayrıca, İran millətinin arxasında olduğu mənəviyyat, Qərblilərin intibah və Xristianlığın yaşadığı böyük böhranın ardından itirdiyi şey idi.

Fransız mütəfəkkir, İran İslam İnqilabının ən əhəmiyyətli və bənzərsiz xüsusiyyətlərindən birini siyasi mənəviyyatçılıq şəklində açıqlayır və bunu siyasi rasionalizmin yeni bir tərifi olaraq gündəmə gətirir.

Fuko, Fransa qiyamından bu yana ilk dəfə inqilab və mənəviyyatın bir-birinə düyünlənildiyini ifadə edir. O, siyasi rasionalizmin İran İslam İnqilabında əhəmiyyətli bir yeri olduğunu vurğulayır. Fukoya görə rasionalizm və mənəviyyatın bütünləşməsi İran İslam İnqilabının gətirdiyi yeniliklərdən sayılır.