Avqust 25, 2019

Mobil telefonlar təxmin ediləndən daha çox radiasiya yayır

Qanunlar gərəyi hər şirkət çıxardığı cihazların yaydığı radiasiya dəyərini ifadə etmək məcburiyyətindədir. Ancaq edilən son araşdırmalar, mobil telefonların ifadə ediləndən 3 qat daha çox radiasiya yaydığını göstərir.

Mobil telefonların günümüzün ən əhəmiyyətli ehtiyaclarından biri olduğu həqiqətdir. Məktəbdə, işdə, evdə hətta yatağımızda belə bizimlə olan mobil telefonların həyatı asanlaşdırdığı da həmçinin. “Yaxşı, bu qədər faydasının yanında heç zərəri yoxdurmu” bu telefonların deyə bilərsiniz. Bu nöqtədə bir Amerikan qəzeti olan Chicago Tribune 3G və 4G əlaqəyə sahib müxtəlif telefon modelləri üzərində bir araşdırma etdi.

Araşdırma nəticələrinə keçmədən əvvəl telefon dəyərləriylə əlaqədar bir neçə məlumatı verək. Səlahiyyətli təşkilatlar tərəfindən təyin olunan qanunlara görə mobil telefonların ABŞ-da ən çox 1.6W/kg, Avropada isə 2W/kg radiasiya miqdarına sahib olmasına icazə verilir. Nəhəng mobil istehsalçıları da bu qaydaları diqqətə alaraq cihazlarını çıxarır və cihazların radiasiya dəyərlərini texniki xüsusiyyətlər qisimində ifadə edirlər.

Federal Ünsiyyət Komissiyası (FCC), bazara çıxarılan mobil cihazların maksimum dəyərləri aşa bilməyəcəyini söyləsə də Chicago Tribunenin etdiyi araşdırmaya görə mobil cihazlar düşünüləndən 3 qat daha çox radiasiya yayır. Təyin olunan limitlərin çox üstündəki bu dəyərlər isə insan sağlamlığına pis təsir edir.

Araşdırma daxilində; iPhone 7, 8, 8 Plus, X; Samsung Galaxy S8, S9, J3; Motorola e5, e5 Play, g6 Play model cihazlar test edilərkən bu cihazların gözlənilən dəyərlərin çox üstündə radiasiya yaydığı aydın oldu.

Araşdırma qrupu bu araşdırmanın “ən pis ssenari” olaraq qiymətləndirilməsi lazım olduğunu, gündəlik istifadələrdə bu dəyərlərin çox nadir görüldüyünü də ifadə edirlər. FCC`in də gələcək aylarda firmalardan müstəqil olaraq öz testlərini edəcəyi deyilir.