Aprel 8, 2019

Müasir insanın mənşəyini işıqlandıra biləcək bir araşdırma edildi

Yeni həyata keçirilən bir analiz texnikası müasir insanların kökünə işıq tuta bilər.

Yeni genom analiz vasitəsiylə birlikdə, elm adamları müasir insanların mənşəyini və atalarından gələn varislikləri anlama mövzusunda əhəmiyyətli bir irəliləmə qeyd etdi. Ancaq çox qədim DNT-ləri bu gün yaşayan populyasiya içərisində tapmaq olduqca çətindir.

İşin araşdırma koordinatoru Luka Paqani “Hər şeyi hesaba qataraq əldə etdiyimiz nəticələr, aktual insan nümunələrindən qədim genetik qalıqların alınmasının texiki-iqtisadi səbəbləri üçün bir prinsip dəlilidir, əgər ki keçmişdən qalan genomları saxlayırlarsa”,- dedi.

Araşdırmaçılardan Burak Yelmen isə “Müasir genomlardan təhlil etdiyimiz genetik komponentlər çox dəyərlidir. Cənub Asiyada yaşayan çox qədim populyasiyanın genetik inşasını işıqlandırmağımıza icazə verir”,- dedi.

Aparılan bu araşdırma qədim insan populyasiyalarını müasir Cənubi Asiyalılara qədər gətirdi, ancaq araşdırmaçılar bu nöqtədə bəzi genomların gözlənildiyi kimi qarışmadığını da söylədi. Cənubi Asiyada təkamülləşən ya da Qərb Avrasiyadan gələn genetik variasiyalar, bölgənin həyat tərzinə adaptasiya mövzusunda da olduqca əhəmiyyətli bir yer tutur.

Araşdırmanın yazıçılarından Mayuk Mondal “Bu variasiyalar arasında immunitet və qidalanma dəyişiklikləri üçün əhəmiyyətli genlər tapdıq, gözlənildiyi kimi insan populyasiyaları yeni patogenlərə və yeməklərə adaptasiya olur. Təəccüblü formada  Qərbi Avrasiyalıların dərin pigmentasiyasındakı genetik variasiyalar seçici basqınlığın tam tərsi, bəziləri olduqca sıxlaşarkən, digərləri hardasa yox olmuşdur”-, dedi.

Reallaşdırılan bu araşdırmanın gələcəkdə ediləcək olan müasir insan populyasiyalarının mənşəyi haqqındakı araşdırmalara böyük qatqısı olacaq.