Avqust 27, 2018

Mürtəza Mütəhhəri-Dəyərlər

Avropada müəyyən qədər ədalət var. Amma xoş duyğular çox azdır. Hətta qardaşlar, ata ilə övladlar və övladlar ilə valideynlər arasında məhəbbət duyğuları çox az müşahidə olunur. Amma şərqdə yaşayanlar belə deyil. Nə üçün? Ona görə ki, belə duyğular səfa-səmimiyyət və məhəbbətlə dolu olan ailə mühitində formalaşır. Amma Avropada ər-arvadlar arasında belə səfa-səmimiyyət, birlik yoxdur. Nə üçün, adətən şərqdə olan bu xoş ər-arvad münasibətləri orada yoxdur? Ona görə ki, orada qadınla kişi arasında məhəbbət hissləri bir-birinə məxsus deyil. Onların hər biri böyük ictimaiyyətdə heç olmasa, ən azı baxmaq və toxunmaq ehtirasından istənilən qədər bəhrələnirlər….
İslam çox israr edir ki, böyük ictimaiyyət iş, əməl və fəaliyyət mühiti olsun, hər növ cinsi məqsəddən uzaq olsun. Baxışlar oyunu, qanuni həyat yoldaşından başqasından cinsi bəhrələnməyin, həmçinin yad nəzərlər önünə bəzənmiş halda çıxmağın, cəlbedicilik nümayiş etdirməyin qadağan olunmasının fəlsəfəsi elə həmin şeyə görədir…