Oktyabr 3, 2018

Nəsli kəsilməkdə olan zebrlər, xəttləri sayılaraq müəyyənləşdirilir və qorunur

Bir zebri digərindən necə ayırd edərsiniz? Xüsusi bir proqramla xəttlərinə baxaraq zebrlər bir-birindən ayırd edilə bilər. Yəni, zebrlərin bir növ barkodları var. Mütəxəssislər Kenyada olan, yox olma təhdidiylə qarşı-qarşıya qalan Qrevi zebr növü üzərində bir araşdırma etdi.

“Grevy’s Zebra Trust” bu mövzunu araşdırmaq üçün bir araya gələn mütəxəssislərdən ibarət qrupdur: “Qrevi zebrlər ətlərindən faydalanmaq ya da qaçaq ovçular tərəfindən kürkləri üçün öldürülür ki, bu son günlərdə çox baş vermir. Bu zebrlərin sayı gedərək azalır. Bütün bu hadisələrin Qrevi zebr növü üzərində böyük təsiri var.”

Elm adamları və könüllülərin iştirak etdiyi bu qrup GPS xüsusiyyətli kameralarla bölgədə gördükləri hər bir Qrevi zebrinin tək-tək fotoşəklini çəkir.

Mütəxəssislər Kenyadakı Qrevi zebrinin sayını təsbit etmək üçün Amerika Birləşmiş Ştatlarının “Princeton” Universitetində düzəldilən “Hot Spotter” adlı bir proqramdan faydalanır: “Bu proqram zebrlərin bədənləri üzərindəki xəttlərin büküldüyü və digər xəttlərlə kəsişdiyi yerləri axtarır. Bu məlumatları yazır və bunlara “hot spot” deyirik. Proqram bütün bu mövcud məlumatları, zebrlərin sistemdə qeyd edilmiş məlumatları ilə müqayisə edir. Yəni iki zebr arasında bənzərlik çox olarsa, o halda bunun eyni zebr olduğunu anlayırıq.”

Müzakirə mövzusu proqram, toplanan bütün məlumatları analiz edir. Son nəticələndirərin isə Mart ayının sonunda çıxması gözlənilir.