Aprel 1, 2019

NASA atmosferdə nəhəng meteor partlamasını təsbit etdi

NASA dünyanın atmosferində nəhəng bir meteorun partladığını açıqladı.

Atmosferdə partlayışa səbəb olan meteor, altı il əvvəl Rusiyanın Çelyabinsk şəhərinə düşən meteordan sonra 30 illik müddətdə ikinci ən böyük meteordur.

Meteor, Rusiyanın Kamçatka yarımadası yaxınlarında Berinq Dənizi üstündə partladığı üçün bu ana qədər fərqinə varılmamışdı.

Meteor partlaması əsnasında ABŞ-ın İkinci Dünya Müharibəsinin sonunda Xiroşimaya atdığı atom bombasının 10 qatı qədərində bir enerji ortaya çıxıb.

Lindli Conson BBC-ə müsahibsində bu ölçüdə bir meteorun hər 100 ildə iki ya da üç dəfə gözlənildiyini söylədi.

Bir neçə metr uzunluğundakı meteor dünyanın səthinə 25.6 km qalmış, 173 kiloton enerjiylə partlayıb.

NASA-da cisim müşahidə etmə proqram müdiri Kelli Fast, “Bu Çelyabinskdəki partlayışın  40%-ə qədəri idi. Berin Dənizi üstündə olduğu üçün xəbərlərdə deyilmədi. Planetdə bol su olması müdafiəmizə qatqısı olan bir şeydir”,- dedi.

Dr. Fast bunu Texas ştatındakı Ay və Planet Elm Konfransında açıqladı.

NASA-ya ‘təhlükəli göy cisimlərini tapılması tapşırığı

Dr. Conson meteorun Şimali Amerika ilə Asiya arasında uçan kommersiya təyyarələrinin marşrutlarına  yaxın bir məsafədən girdiyini və bəzi hava yolu şirkətlərinə göy hadisəsininin görüb görmədiklərini soruşduqlarını söylədi.

2005-ci ildə ABŞ Konqresi NASA-ya 2020-ci ilə qədər 140 metr və daha böyük, dünyaya yaxın meteorların  90%-nı tapma vəzifəsini verdi.

Elm adamları bu vəzifəni tamamlamağın  30 il daha davam edəcəyini söyləyir.

Yaxınlaşan bir cisim təsbit edildiyində NASA cismin dünya üzərində hara düşəcəyini hesablamada olduqca müvəffəqiyyətlidir.

2018-ci ilin İyun ayında 3 metr böyüklüyündəki 2018LA meteor Arizonadakı rəsədxanadan toqquşmadan 8 saat əvvəl təsbit edilmişdi. NASA daşın Cənub Afrikaya düşəcəyini təxmin etmişdi. Daha sonra meteordan qalanlar Botsvanada bir fermada tapıldı.

Ancaq Berinq Dənizi üstündəki son hadisə daha böyük cisimlərin xəbərdarlıq olmadan bizə dəyə biləcəyini göstərir.

Bunları müşahidə etmək üçün yalnız teleskoplar deyil kosmos mərkəzli rəsədxanaların da daxil olduğu daha güclü bir şəbəkənin qurulması lazımdır.

NeoCam adlı bir teleskop 140 metrdən böyük meteorları görmək və təsbit etmək üçün inkişaf etdirmə mərhələsindədir.

NASA-da NeoCam proyektindən məsul alim Dr. Emi Meynzer “Məqsədimiz dünyaya yaxın 140 metr və daha böyük meteoritlərin  90%-nı tapmaqdır. Əgər bu proyekt reallaşmasa yer üzündəki araşdırmalarla buna çatmağımız onlarla il ala bilər. Ancaq infraqırmızı bir telekopunuz varsa bu çox daha sürətli olar”,- dedi.