İyul 23, 2019

Niyə Səmaya Çılpaq Gözlə Baxıldığında Planetləri Görmürük?

Səmaya baxdığımız zaman ulduzlar və Ayı görüb, niyə digər planetləri görə bilmirik?

Gecələr səmaya baxdığımız zaman ulduzları və Ayı rahatca görə bilirik, gündüz isə Günəşi, ancaq heç bir şəkildə çılpaq gözlə planetləri müşahidə edə bilmirik. Bu xəbərimizdə bu kompleks problemin cavabını siz izləyicilərimizə verməyə çalışacağıq.

Bunun səbəblərindən biri, Ayın özlüyündə bir cisim olması və başqa bir obyektin əks olunmamasıdır. Eynilə qaranlıqda bir obyektə əl fənəri tutub görməniz kimi Ayın Günəşin işığını əks etdirməsi səbəbiylə gecələr Ayı görə bilirik.

Ulduzlar da eyni şəkildə öz başlarına bir cisimdirlər, ancaq Aydan fərqli olaraq ulduzlar əl fənərini üzünüzə tutduğunuz zaman reallaşan hadisə kimi öz işıqlarını saçarlar. Günəş də bir ulduz olduğundan o da bu kateqoriyaya girir. Digər ulduzlardan fərqi isə Dünyaya daha yaxın olması.

Yupiter, Venera, Mars, Saturn və Merkuri zənn edilənin əksinə Dünyadan çılpaq gözlə müşahidə edilə bilər ancaq çox uzaq olduqları üçün bir ulduz kimi görünürlər. Eynən Aydakı vəziyyət kimi planetlər də Günəş işığını əks etdirdikləri üçün belə görünər.

Nümunə olaraq bir teleskop ya da durbin köməyiylə Saturna baxsanız onu bir ulduzdan çox marbl oyuncağı şəklində görərsiniz və ətrafındakı halqaları da asanlıqla görə bilərsiniz. Yenə belə görünməsinin səbəbi isə Saturnun Dünyaya çox uzaq olmasıdır.

Marbl oyuncağı

Səmaya baxdığınızda parıldayan şeylərin bir ulduzmu yoxsa planetmi olduğunu anlamaq istəyirsinizsə, parlayan cismə 15 saniyə qədər gözünüzü ayırmadan baxın. Əgər parıldayan işıq yanıb sönər kimi gəlirsə bu bir ulduzdur, sabit işıq əks etdirirsə planetdir.