Aprel 26, 2019

Planetlərin uzaqlığı necə ölçülür? (Doppler effekti)

Avtomobillərin sürətini ölçən radar sistemləriylə, planetlərin uzaqlıqlarını ölçməmizi təmin edən teleskoplar əslində eyni elmi metoda söykənərək işləyirlər. Bu gün az qala hər gün şahid olduğumuz Doppler effektinə yaxından baxırıq.

Heç yol kənarında gözləyərkən qabağınızdan sürətli bir avtomobil keçibmi?

Birdən yüksələn bir səs və vasitə uzaqlaşdıqca azalan səs-küyü eşidərsiniz. Bu yaşadığınız anların elmi şərhi sayəsində, bu gün Günəş Sistemi xaricindəki planetləri, ulduzları, qara dəlikləri kəşf edir, bizə olan uzaqlıqlarını hesablayırıq.

Səs, işıq, elektromaqnit fərq etmədən hər cür dalğa növü üçün etibarlı olan Doppler effekti, ilk olaraq Xristian Andreas Doppler tərəfindən qarşıya qoyulan bir nəzəriyyə idi.

Bu təsiri anlamaq üçün müşahidəçi və səs qaynağı olmaq üzrə iki fərqli şərtə ehtiyacımız var.

Görə bilmədiyimiz, eşidə bilmədiyimiz, müşəhidə edə bilmədiyimiz dalğaların Doppler effekti nəticələrini isə elm adamları bir çox sahədə istifadə edirlər.

Əvvəl hadisəni dəqiq şəkildə anlayaq.

Müşahidəçi və dalğanın qaynağı arasındakı məsafəyə, dalğanın yayıldığı mühitin şərtlərinə, qaynağın hərəkət istiqamətinə və sürətinə, müşahidəçinin mövqeyinə və hərəkət vəziyyətinə görə təsirin ölçüsnü dəyişə bilir.

Nümunə: (16. saniyədən başlayın)

Təyyarənin hərəkətlərinə, sürətinə görə səsin əsgər tərəfindən necə qəbul edildiyini gördük.

Burada diqqət yetirməyimiz lazım olan detal, qaynaq yaxınlaşdıqca daha yüksək tezliyin, uzaqlaşdıqca daha aşağı tezliyin müşahidə edilməsidir.

Doppler effekti sayəsində, yayılan səs dalğalarının tezlik sıxlığı, qaynağın sürəti haqqında məlumat verir.

Bəzi vəziyyətlər və şərtlərdə radarlar kiçik miqdarlarda yanılmalarla səs vasitəsilə sürət ölçümü edirlər.

Bəs bizdən uzaq planetlərlə aramızdakı məsafə necə ölçülü?

Əvvəlcə gördüyünüz hər şeyin birbaşa ya da bilavasitə olaraq bir işıq qaynağı olduğu mövzusunda razılaşaq.

Bəzi cisimlər birbaşa işıq yayarkən, bəziləri işığı əks etdirərlər.

Gündəlik həyatda gördüyümüz obyektlər, canlı cansız varlıqlar ümumiyyətlə əks etdirici olurlar. Hətta rənglər, o obyektlərin hansı dalğa boyundakı işığı əks etdirdiyi ilə əlaqədardır.

Qırmızı bir avtomobil, digər dalğa boyundakı işıqları əmən, yalnız qırmızı dalğa uzunluğunu əks etdirən bir örtməyə sahib olduğu üçün qırmızıdır.

İşıq dalğalarıyla meydana gələn Doppler effekti isə, bizə işıq qaynağı haqqında məlumat verir.

Bu sayədə milyonlarla kilometr işıq ili uzaqlıqdakı obyekt ilə aramızdakı məsafəni ölçmək üçün metr istifadə etmək məcburiyyətində qalmırıq.

Bənzər şəkildə Dünyaya yaxınlaşıb uzaqlaşan irili xırdalı cisimlər haqqında da Doppler effekti sayəsində detallı məlumata sahib olarıq.