Fevral 22, 2019

Alvin Plantinqa – Modal Ontoloji Arqument

Bəzi hekayələr ral olmalasalar belə, reallaşa bilərdilər. Məsələn, “Afghan (yun ədyal və ya şal) toxuyan fil” kimi. Başqa hekayələr də mümkün olan və ya reallaşmamış hekayələrdir. Məsələn, “Sokratın hemlock (zəhərli otun suyu) içməsi” kimi. Birinci göstərilən kimi hekayələr olan kitaba “Mümkün kitablar” adını verək. Mümkün olan kitablardan ancaq həqiqi hekayələri özündə ehtiva edən kitablara isə “Həqiqi kitablar” adını verək. Yəni, bir şey mümkün kitabda qeyd edilərsə, onun real olma ehtimalını anlayarıq. Lakin, kitabda qızıl əjdaha haqqında yazılarsa, ona inanmağımız üçün yetəri qədər səbəb yoxdur.

Bəs, biz Tanrı haqqında da bucür düşünə bilərik?

Biz “Tanrının varlığının mümkün olmasını, lakin onun varlığına dair yaxşı bir səbəbin olmamasını” iddia edə bilərikmi? Alvin Plantinqa bunun bir xəta olduğunu qeyd edir. İki nümunə arasında çox önəmli bir fərq vardır. İlahi bir varlığın olması üçün, hər şeyə gücü çatan, hər şeyi bilən və ən yaxşı olması kifayətdir. Bu formada var olmaması, onun üçün mümkün deyil. Bənzər formada, var olmaması mümkünsüzdür. Əgər varsa, filosofların nəzərincə bu, varlığı zəruri olan varlıqdır.  Plantinqa, bu xüsusiyyətlərin ən üstününü özündə ehtiva edən varlığa “Maksimum mükəmməl varlıq” adı verib və bunlar ən yüksək standartlardır. Bu halda, bir insanın “Tanrının varlığı mümkündür” deməsini, mümkün bir kitabda qeyd edilən “Tanrının varlığı mümkündür” iddiası ilə müqayisə edə bilərik. Mümkün kitablarda fərqli hekayələr qeyd edilsə belə, Bəzi mövzularda hamısı fəmfikirdirlər. Bunlar zəruri olan şeylərdir: (2+2=4 kimi) Amma xatırlayın, Tanrı həm də var olması vacib olan “Mükəmməl varlıqdır” Bu səbəbdən, əgər bir kitab Tanrının var olduğunu deyirsə, digər bütün kitablar da bunu deməlidir. Bu halda, bütün mümkün kitablar Tanrının varlığını özündə ehtiva etməlidir. Həqiqi kitab da mümkün kitablardan biri olduğu üçün, eyni şeyi deməlidir. Yəni, Tanrının var olmasının mümkün olması, Tanrının həqiqətən var olduğu nəticəsini ortaya çıxarar. Əlbəttə, Tanrının varlığının mümkün olması düşüncəsiylə başladığımız üçün bu nəticəyə gəldik. Əgər Tanrının varlığının mümkünsüz olduğunu düşünərək başlasaydıq, bu iddia heç bir mümkün kitabda yer almayacaqdı.

Plantinqanın dediyi fərq budur: Tanrı qızıl əjdahadan fərqli olaraq ya bütün mümkün kitablarda yer almalıdır, ya da heç birində olmamalıdır. Tanrının maksimum mükəmməl varlıq olduğu nəzərə alındıqda, əgər o varsa, sizdən, elektronlardan, itlərdən və ya ulduzlardan fərqli olaraq ya vacibdir, ya da mümkünsüz. Tanrının varlığının mümkün olmasının isbat olunması, onun həqiqətən var olduğunu isbat edir.