Oktyabr 5, 2018

Plastik yeyən göbələk çirklənmənin qarşısını ala bilər

Pakistanın paytaxtı İslamabaddakı bir zibilxanada tapılan plastik yeyən göbələk növü, hər gün artan plastik çirklənməyə həll ola bilər.

Londondakı “Royal Botanic Gardens” (Krallıq Botanik Bağları) tərəfindən hazırlanan bir hesabata görə, bu göbələk, təbiətdə yox edilməsi əsrlər alan bu plastikləri bir neçə həftədə yox edir.

Elm adamları indi hansı genlərin bu fermentin yaradılmasına kömək etdiyini anlamaq üçün çalışırlar. Gen aşkar edildikdən sonra, bu fermentin sənayedə istehsal edilib edilməyəcəyi araşdırılacaq.

“Times” qəzetinə danışan Dr.İlya Leyç, bu genin okeanlarda olan dəniz göbələklərinə də köçürülə biləcəyini və bu bölgələrdə plastik çirkliliyi azalda biləcəyini söylədi.

Leyç, böyük şirkətlərin bu göbələklə maraqlandığını və beş il ərzində göbələyin plastik çirklənmə probleminin həllində potensiala sahib olduğunu ifadə etdi.

Dünyadakı göbələklərin yalnız 5 faizinin aşkarlandığı təxmin edilir. Müxtəlif yerlərdə, insanların dırnaqlarından heyvan ağciyərlərinə qədər fərqli ölçülərdə və keyfiyyətlərdə yetişən göbələklər, ən çox növə sahib canlılar arasındadır.