Avqust 26, 2019

Qədim ingilislərin böyrəklərində div soxulcanlar olub

Kembric Universitetindəki elm insanları Britonlar adı verilən bir toplumun böyrəklərində nəhəng soxulcanlar olduğunu kəşf etdi. Toplumun qidalanma və həyat tərzi səbəbiylə bu soxulcanlarla qarşılaşdıqlarını ifadə edən araşdırmaçılar, araşdırmaların nəticələrini paylaşıblar.

Kembric Universitetində reallaşdırılan bir araşdırma, Tunc dövründə yaşayan İngilislərin böyrəklərində təxminən bir metrlik soxulcanlar olduğunu ortaya qoydu. Araşdırmaçılar o zamanlarda İngiltərədə yaşayan və ‘Britonlar’ olaraq adlandırılan insanların çiy balıq, qurbağa və qabıqlı dəniz heyvanlarını yedikləri üçün böyrəklərində ölümcül soxulcanlar meydana gəldiklərini ifadə etdilər.

Araşdırma içərisində təsvir edilən İngilislər, Must Farm adı verilən və İngiltərənin şərqində bir yerdə yaşayıblar.

Məskunlaşma yeri bundan 3 min il əvvəl nəhəng bir yanğında yerlə bir olub, ancaq bataqlıq mühiti o dövrə aid olan əşyaları son dərəcə müvəffəqiyyətli bir şəkildə qoruduğu üçün arxeoloqlar oradakı insanlar üzərinə araşdırmalar edə biliblər. Bütün bunların yanında araşdırmaçılar, insan nəcislərini tapa biliblər və bu nəcislər Kembric Universiteti tərəfindən araşdırılıb.

Araşdırmanın rəhbəri Pyers Mişel, “Nəcislə əlaqədar olan maddələrdən iki fərqli şəkildə nümunə ala bildik. Əvvəlcə daxmaların altındakı və ətrafındakı palçıqların nümunələrini götürdük. Bunun ardınca palçıq içərisində mühafizə edilmiş olan nəcislər sahədə qazıntı edən arxeoloqlar tərəfindən araşdırıldı” deyib.

Qalıqlaşmış olan nəcislər içərisində son dərəcə gözəl bir şəkildə mühafizə edilmiş parazit yumurtalarıyla qarşılaşıldı. Araşdırmaçılar bu parazitlərin insan bədənində sığına bilməsi üçün balıq və dəniz məhsullarının çiy formada istehlak edilmiş olması lazım olduğunu söylədi.

Araşdırmanın rəhbəri Mişel, nəhəng böyrək soxulcanlarının böyüdükləri böyrəyi yox edə biləcəyini və bizim də yalnız iki ədəd böyrəyimiz olduğunu ifadə etdi. Bu səbəblə bir insanın böyrəyində soxulcan çıxması nəticəsində həmən adamın böyrək çatmazlığından ölə biləcəyi ifadə edildi. Araşdırmanın nəticələri çox ürək açıcı olmasa belə Mişel və qrupu araşdırmadan məmnun olduqlarını və tapıntılarının elmi araşdırmalar üçün böyük əhəmiyyət ifadə etdiyini qeyd ediblər.