Mart 16, 2019

Qədim Misir heykəllərinin burunları niyə qırıq olur?

Qədim Misir zamanına aid heykəllərin burunlarının qırıq olmasına səbəb aşınma deyil, bu qəsdən edilirmiş.

Qədim Misir zamanına aid heykəllərin  olduqca gözqamaşdırıcı və maraqlı olduğu hamı tərəfindən bilinir. Eyni zamanda bu heykəllərin bir özəlliyi də hardasa hamısının burnunun qırıq olmasıdır. Bu qırığa səbəb həmişə zaman-zaman yaranan aşınma göstərilmişdir. Amma maraqlı araşdırmanın nəticəsi olaraq bilindi ki, burundakı qırıqlara səbəb aşınma yox ikonaklazmdır.[1]

Belə ki, çoxlu suallardan sonra muzey işçisi Edvard Bleyberq özü də bu mövzu barədə xeyli araşdırma edir. Heykəllərin burunlarının rahatlıqla qırılması ilk baxışdan anlaşılandır.

Etdiyi araşdırmalardan məlum olub ki, bu hadisənin səbəbi bölgədəki ikonaklazm olub. Bölgənin idarəçiləri siyasi məqsədlərlə qəsdi şəkildə heykəllərin bəzi üzvlərini qırırmışlar.

Misir xalqı tanrıların və insanların xüsusi gücü olduğuna və bu gücün heykəllərdə yaşaya bildiyinə inanırdılar. Bu gücün ortadan qaldırılması üçün heykəllərə hücum edilirdi.

Belə ki, burunların qırılmasının xüsusi bir məqsədi var idi. İnanca görə  burun qırılması ruhun nəfəs ala bilməməsinə gətirib çıxarırmış. Bununla da ruhun gücü sərhədlənirdi.

Bunun başqa bir dəlili də, o dövrün yazılı mənbələridir. O dövrdəki bəzi yazılı mənbələrdə heykəllərə zərər vurulmasından narahatlıq hissi keçirilir.

Bleyberq “İkonaklazm çox güman ki, siyasi idi”,- deyir. Bunu edən idarəçilər tarixi yenidən yazırdılar.

Araşdırmaya görə bunu edən şəxslər İraqda Səddam heykəllərini yıxanlar kimi sıravi vətəndaşlar yox, seçilmiş şəxslər idilər.


[1] Bir mədəniyyətin öz ikonalarına və digər simvollarına dini yaxud siyasi məqsədli hücumu.