Sentyabr 23, 2018

Qalib Əsədovun “Dinlərin Mənşəyi” haqqında dediklərinin tənqidi (Video)

Azərbaycanlı nevroloq Qalib Əsədov, hazırda Azərbaycandakı ateistlərin əsas simalarından biridir. Ateistlərin mümkün qədər məşhurlaşdırmağa çalışdığı Qalib Əsədovun bir yazısına qısaca göz gəzdirəcəyik. Adını çəkdiyimiz nevroloq, Azvision.az saytında yerləşdirilən bir yazısında dinlərin mənşəyi məsələsinə toxunmağa çalışıb. Qalib bəyin ixtisası Nevrlogiya olduğu üçün, dinlərin mənşəyi haqqında nəzəriyyələri səthi oxuyub hər halda, yoxsa, bu məsələyə XXI əsr üçün gülünc sayılan  yanaşmasının başqa izahı ola bilməz. Əvvəlcə Qalib bəyin bu haqda dediyi sözləri olduğu kimi qeyd edək:

İlk insanların təbiətə, xüsusən də ağlın gücüylə izah edə bilməyəcəkləri hadisələrə maraqları vardı. Bu sirrləri çözmək üçün geniş tanrılar və ilahələr sinfi yaratdılar. Onların köməyilə ildırım, zəlzələ, vulkan, quraqlıq, xəstəliklər və hətta sevgi kimi özəl anlayışların səbəbini açıqlayırdılar.”