Avqust 3, 2018

Quranı, Peyğəmbərin yazdığını fərz edərsək

– Nə üçün, “yaxında Məkkə fəth olunacaq” ayəsi endirib və fəth edə bilməmək ehtimalına qarşı iddiasını riskə atır?

– Nə üçün, “3-9 il arasında Rumlar Farslara qarşı güc toplayıb onları məğlub edəcək” deyə, Rumların məğlub olduğunu bilə-bilə belə bir ayə endirib, 3-9 il arasında məğlub olma ehtimalı qarşısında iddiasını riskə atır?

– Nə üçün, dövrünün şairlərinə meydan oxuyub “bənzərini əsla gətirə bilməyəcəksiniz” deyərək iddiasını riskə atır? Özü bir şair olmamasına rəğmən və bəlkə də bənzərlərini gətirə biləcəkləri ehtimalına rəğmən.

– Nə üçün, təhəccüd (gecə qalxıb namaz qılmaq) kimi məşəqqətli bir namazı ömrü boyu özünə fərz edəcək bir ayə endirib, ömrü boyu rahatlığını pozacaq bir ayə yazdırır?

– Nə üçün, hələ Quran yeni-yeni endirilməkdə olduğu vaxtda Əbu Ləhəbin iman etməyəcəyinə dair ayə yazdırıb, onun yalandan da olsa “iman etdim” deməsi ehtimalını göz önünə alaraq iddiasını riskə atır?

– Nə üçün, özünə qarşı əziyyət və sui-qəsdlərin çox olduğu Məkkə dövründə, “Səni düşmənlərindən qoruyacağıq” deyə ayə endirib sonra da “Rəbbim məni qoruyacaq, məni qorumağınıza ehtiyac yoxdur” deyərək, sui-qəsdlərin baş vermə ehtimalına qarşı iddiasını riskə atır?

– Nə üçün, “Allahın nurunu, İslamı tamamlayacağına” dair ayə yazdırıb, Quran ayələri hələ bitmədən önündəki bir çox döyüşü də göz önünə alaraq, vəfat edə bilmə ehtimalına qarşı iddiasını riskə atır? Və üstəlik döyüşlərdə ən ön sırada döyüşür və düşmənə döyüşdə ən çox yaxınlaşan adam olub özünü və iddiasını riskə atır? Quran ayələri bitmədən, kitab tamamlanmadan vəfat etsəydi, iddiasının batil olacağını insanların anlaya bilmə ehtimalına qarşı.. …

Belə “NƏ ÜÇÜN” lər çoxdur. Bu qədər “NƏ ÜÇÜN” ün nəticəsində mübarizəsinin heç bir səhv olmadan davam etməsi, ayələrin bir-bir doğru çıxması təsadüfdürmü? Peyğəmbər öz nəfsindən Quranı yazdırdığı üçün bu qədər riskli ayə yazdırmışdır, yoxsa Allah Quranı yazdırdığı üçün bu qədər möcüzəvi xəbəri heç çəkinmədən Qurana qoymuşdur?!