Aprel 9, 2019

Səmada su daşıyan ‘Atmosfer çayları’ nədir?

Yer üzündə suların daşındığı çayları görməyə alışmışıq. Yaxşı, sizə suyun buxar halını daşıyan atmosfer çaylarından danışsaq?

Çaylar, təbiətdəki suların bir araya gəlib daha böyük su kütlələriylə birləşməsini təmin edən təbii strukturlardır. Bəs  maye haldakı suyun buxar halını daşıyan səmadakı çaylardan danışsaq nə deyərsiniz?

Atmosferik çaylar haqqında bir çox araşdırma mövcuddur. Bunlardan biri də “Illinois” Universitetində vəzifəli şəxs olan Fransina Dominqez tərəfindən reallaşdırıldı. Dominqez, atmosfer çaylarının sıx su buxarı daşıyan uzun və dar koridorlar olduğundan danışır. Bu tərif 1990-cı illərin başında meteoroloq Reqinald Nevel və Yonq Zhunun nəşr etdiyi bir jurnalda meydana çıxmışdı.

Atmosfer çayları, yüzlərlə kilometr uzunluğa və yüzlərlə kilometr genişliyə sahib ola bilən strukturlardır.

Dominqez səmadakı çayların tipik olaraq okeanların üzərində meydana gəldiyini ifadə edir. Buna əlavə olaraq, qurudakı çayların əksinə səmadakı çaylar, çox daha sürətli hərəkət edə bilirlər. Üstəlik Qərbi ABŞ-dakı sıx yağışların olma səbəblərindən biri olaraq da atmosfer çayları göstərilir.

Atmosfer çaylarının sıx olaraq təsir etdiyi bölgələr arasında Çili, Avstraliya, Cənubi Afrika və Qərbi Avropa iştirak edir. Dominqezin hesabatına görə, bu bölgələrdəki rütubətinin 90%-ni atmosfer çayları meydana gətirir.