Avqust 27, 2018

Şankara və onun fəlsəfi fikirləri

Şankara Miladdan öncə 788-820-ci illərdə Şərqi Hindistanda yaşayıb. O «Upanişad»ın təfsirçisi olub və ona bəzi şərhlər yazıb. Əsas əsəri – «Braxma-sutra-bxaşya» adlanır.

Dünya ali iradənin yaratdığı konstruksiyadır və bu konstruksiya dəyişir. Bütün gerçək dünya «mayya» illüziyadır. Bu illüziyada yeganə gerçəklik Brahmandır.

Brahman cismani örtükdən asılı olmadan mövcud və təsviri mümkünsüz ali «mən»dir. Brahman əbədidir, təkcədir, dəyişmir, mövcudluğun səbəbi və mənbəyidir. Brahman formadan, keyfiyyətdən məhrumdur, gah Allah-yaradıcı kimi, gah da «mayya» və ya dünya ruhu kimi çıxış edir.

Brahmanı dərk etmək üçün şəxsi şüura daha dərindən nüfuz olunmalıdır. Şəxsi təfəkkür və şüuru seyr etməklə ruhu azad etmək və həqiqi gerçəklik haqqında təsəvvür əldə etmək olar.

Şükürov-Hamı üçün fəlsəfə