Mart 26, 2019

Saturnun halqaları daha tez yox olacaq

Alimlər Günəş sisteminin 2-ci ən böyük planeti olan Saturnun orbitindəki halqaların hesablamalardan daha tez yox biləcəyini bildirdi.

NASA`dan verilən açıqlamada, “Cassini” roveri[1] Saturnun halqalarını əmələ gətirən toz və daş parçacıqlarının planetin maqnit sahəsinin təsiri ilə səthə doğru çəkildiyini və buna görə halqaların vaxtından əvvəl yox olacağını müşahidə edib.

Nasanın “Goddard” kosmik uçuş mərkəzindən Ceyms Danaqve, “Voyager” 1 və 2 roverlərinin daha əvvəlki etdiyi hesablamalarda halqalardan hər yarım saatdan bir olimpik hovuz böyüklüyündə parçanın dağılmasının müəyyən edilməsini xatırladaraq: “Bu məlumat halqa sisteminin 300 milyon ildə təmiz yox olacağını göstərir. Saturn halqalarından planetin ekvatoruna düşən maddə miqdarına aid ölçüləri hesabladığımız zaman, halqaların ömrünün 100 milyon ildən az olacağını anlayırıq. Saturnun ümumi yaşının 4 milyard il olduğu düşünüləndə, bu çox qısa müddətdir” -,dedi.

Alimlər Saturnun halqalarının planetlə birlikdə yaranması, yoxsa sonrdan əmələ gəlməsi sualını illərlə müzakirə etmişlər. “Voyager” və “Cassini” roverlərinin əldə etdiyi nəticələr, halqaların sonradan əmələ gəldiyi yönündəki tezisi dəstəkləyir.

Planetin halqa bölgəsinə dair sıx müşahidələr, bütün sistemin ömrünün 100 milyon ildən çox olmayacağını göstərir.


[1] Rover – planetin və ya başqa səma cisminin səthində hərəkət etmək üçün hazırlanmış kosmik kəşfiyyat gəmisidir.