Aprel 25, 2019

Seyyid Əli Xameneidən Şri-Lanka xristianlarına dəstək

21 Apreldə Şri-Lankada baş verən terror nəticəsində 350-dən çox insan dünyasını dəyişib. Kilsədə xristianlara qarşı törədilən bu terror hadisəsi bir çox müsəlman tərəfindən qınanmışdır. Bunların başında gələnlərdən biri İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneidir.
Belə ki, Ayətullah Xameneinin Facebook səhifəsində bu hadisəylə bağlı paylaşılan yazıda deyilir:
“Əgər kilsələrinizi dağıtsalar, zənglərinizi məscidlərimizdə çalın”
“Xilaskar Məryəm oğlu İsayla birlikdə gələcək”