Yanvar 12, 2019

Suriya ilk süni peykini kosmosa göndərməyi planlaşdırır

Suriya Texnologiya Naziri İyad əl-Xatib, ölkəsinin öz kosmos proqramını inkişaf etdirməyə ehtiyacı olduğunu və kosmosa yerli bir peyk göndərməyi planladıqlarını söylədi.

Suriya kosmos agentliyinin GORS təşkilatını ziyarət edən Xatib, rəhbərlik və personalla bir araya gəlib proyektləri dinlədi.
Suriya Texnologiya Nazirliyindən edilən şərhdə, “Nazir, təşkilatın kosmos proqramı üçün bir yol xəritəsi hazırlanmasıyla bərabər, digər Ərəb ölkələri kimi Dünyanın orbitinə ilk süni peykin göndərilməsinin lazım olduğunu söylədi” ifadəsi istifadə edildi.

İndiyə qədər öz peyklərini kosmosa göndərən Ərəb ölkələri arasında Misir, Səudiyyə ərəbistanı, Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ), Mərakeş, Əlcəzair, Qətər və İraq var.