Avqust 25, 2019

Suriya ordusu bu gün döyüşsüz bu qəsəbələri terrorçulardan təmizlədi

Eastnews.org-un verdiyi xəbərə görə, 23.08.2019 tarixində Suriya ordusu mühasirəyə aldığı Həma vilayətindəki ərazidə terrorçuların nəzarətində olan Kəfr Zita, Latmina, Latmin, Təl əl-Fəs qəsəbələrinə daxil olub.  

Məlumata əsasən, Suriya ordusu qəsəbələrə daxil olarakən terrorçuların müqavimətinə rast gəlməyib.  

Digər mənbələrə əsasən, Suriya ordusu Mərkəba, Ləhaya, əl-Buveyda yaşayış məntəqələrini də azad edərək Türkiyə ordusunun 9 nömrəli müşahidə məntəqəsinin yerləşdiyi Morek qəsəbəsini mühasirəyə alıb.

Mənbə: Eastnews.org