Aprel 4, 2019

Tükəndiyi hesab edilən dünyanın ən böyük arısı tapıldı

Tükəndiyi düşünülən dünyanın ən böyük arısı yenidən tapıldı.

Yetkin bir insanın baş barmağı ölçüsündəki arıya ucqar bir İndoneziya adasında rast gəlindi.

Uzun axtarışların nəticəsində vəhşi təbiət mütəxəssisləri tək dişi arının fotoşəkilini çəkdi və videoqeydə aldı.

Uollesin nəhəng arısı olaraq bilinən arı, Çarlz Darvin ilə birlikdə təkamül nəzəriyyəsini ortaya atan ingilis təbiətşünas Alfred Rassel Uolesin 1858-ci ildə etdiyi kəşflə tanınır.

Elm adamları 1981-ci ildə bir neçə örnəklə qarşılaşmış, ancaq o tarixdən bu yana bu arılar görülməmişdi.

Yanvar ayında Uolesin izlərini izləyən elmi qrup İndoneziya içində daxilində çıxdı.

Arını ilk dəfə göstərən fotoqraf Kley Bolt, “Bu tükəndiyi düşünülən uçan buldoq böcəyini görmək və təbiətdə bunun dəliliylə qarşılaşmaq möhtəşəm idi. Bu böyük və gözəl arını həyatda görmək və nəhəng qanadlarının səsini eşitmək inanılmaz hissdir”,- dedi.

İndoneziyada Şimal Malukas olaraq bilinən adalardakı meşələr hələ dünyada ən çox axtarılan nadir böcəklərə ev sahibliyi edir.

Böcəklərin ticarətiylə əlaqədar hələ qanuni qorumalar yoxdur.

Təhqiqat qrupunun üzvü “Princeton” Universitetində böcək alimi və arı mütəxəssisi olan Eli Vaymen bu kəşfin irəlidəki araşdırmaları artıracağına və bu növün qorunmasına yardım edəcəyinə ümid etdiyini söylədi.

Gəzintini dünyadakı “itkin canlı növləri” üçün proqram başladan Qlobal Vəhşi Həyatı Qoruma (GWH) təşkilatı maliyyələşdirdi.

Təşkilatdan Robin Mur, “Bu arıları qoruyaraq canlı növlərinin itməsindənsə, daha parlaq bir gələcəyə sahib olacağına inanırıq”,- dedi.

Yanvar ayında təşkilat dünyadakı tək qaldığı sanılan nadir Boliviya qurbağalarından qalan üzvləri tapmışdı.