Oktyabr 22, 2018

Tural Gasanov – Allahı Tanımaq

İnsanları düşündürən və düşüncələrində ilkin fikir ayrılıqı yaradan məsələlərdən biri “Allah” mövzüsüdür.
Biz bu məsələyə çalışarıq ki, obyektiv yanaşaq. Bəzən sual yaranır ki, “nə lüzum var ki, Allahı tanımağa?” . İlk olaraq bu məsələyə toxunaq. Allahı tanıma mövzusu o qədər önəmlidir ki, Allahı tanıyan ilə tanımayan arasında əməllərində, danışığında, yaşayışında və.s kimi işlərində böyük fərq olur. Biz bunun isbatını sizə zamanla gösdərərik.
Allahı tanımanın zəruriliyi:
Allahı tanımanın birinci və ibtidai dərəcəsi fitri Allahı tanımadır. Bu tanıma Allahı layiqincə tanımağa zəmin yaratmır və sadəcə, insanın Allah haqqında dərkinin tərəqqisinə zəmin yaradır. Allah haqqında axtarış apardığımız zaman bizi iki amil düşündürür.
1.Ehtimal olunan zərəri və əzabı dəf etmək.
2.Nemət sahibinə şükr etməyin zəruriliyi.
Birinci növ axtarış insanın İlahi peyğəmbərlərinin dedikləri (axirət ) haqda düşünməkdir. Ola bilsin insan bunu qəbul etməsin, amma əql bunu təsdiq edir ki, hər bir səbəbin nəticəsi var. Bu mövzu haqqında sonrakı bəhslərdə danışarıq.
İkinci axtarış isə, hər bir vicdanlı insanın borcudur ki, ona verilən nemətlərin kim tərəfindən gəldiyini araşdırıb və tapıb ona təşəkkür etsin.
Bizdə bu yolda addımlayırıq və ilk qarşımıza çıxan məsələ bu olur:
Allahı tanımanın mərhələləri.
1. Allahın həqiqətini (mahiyyətini) və zatını dərk etmək.
Bəzən Allahı tanımaq deyəndə, zatına varmaq kimi anlaşılır. Bu növ Allahı tanımaq mümkündür? Əlbətdə ki, xeyr. Çünki ilk olaraq bunun mümkün olmamağını həndəsi izahla vermək olar. Hər bir tam öz hissəsindən böyük ola bilməz. İnsan əqli Allahın zatına varmaqda acizdir. Çünki tam öz hissəsindən böyük ola bilmədiyi üçün, insanda Allahın zatını dərk edə bilməz.
İkinci dəlil budur ki, Allah maddi varlıq deyil, Allah mücərrəd varlıqdır. Bir çox insanlar Allahı inkar etməkdə səbəbləri Allahın zatına vara bilməyib, yəni Allahı görüb və ya məhfumunu dərk edə bilmədiyi üçün inkar edirlər. Bu şəxslər üçün başa düşülsün deyə sadə misal çəkərik. Biz hammımız qəbul edirik “Düşüncə” var. Amma gözlə görülmür və ya hiss olunmur. Düşüncənin zatına varmaq mümkün deyir. Çünki düşüncə özü hissələrdən ibarət deyil. Allahın zatı mürəkkəb deyil, bəsitdir. Enşteyn bu barədə belə deyir: -Bizim məhdud əqlimiz bürcləri hərəkətə gətirən sirrli qüvvəni (Allahı) dərk etməkdə acizdir.
2. Allahın var olmasını dərk etmək.
Bu mövzü demək olar ki, Allahı tanımanın təməli sayılır. İnsanlar Allahın var olmağını araşdırıb bu dərk sayəsində ateistlər və skeptiklərdən (Skeptisizim-Şübhəçilik) ayrılır və Allaha inananların cərgəsinə daxil olur. Bu mövzü haqda da geniş danışılacaq.
3. Allahın sifətlərini və fellərini dərk etmək.
Bu tanıma İnsan “Allah vardır” kəlməsini dedikdən sonra, Allahın sifətlərini və fellərini tanımağa doğru addımlar atır. Bu bəhsdə dinlər və əqidələr arasında fikir ayrılıqları olur. Bu mövzü haqda da geniş danışılacaq.

Allahı tanımanın yolları.
Nəzərə alsaq ki, Allahı tanımanın müxtəlif yolları var, burda da hər insanın özünə məxsus yollları var.
1. AĞIL.
Burda insan sırf əqli və məntiqi düşüncələri ilə Allahın varlığı, sifətləri və felləri haqda fəlsəfi bəhs edir.
2. TƏCRÜBƏ
Bəzən insan ətrafında baş verən hadislər, dünyada olan qayda qanunlar və yaranışda olan nizamı müşahidə edib əqli və məntiqi dəlilərlə Allahın varlığını, qüdrətini və ya gördüyü işlərin hikmətini dərk edir.
3.İNTUİSİYA
Bu qəlb ilə tanıma yoluna Arifləri misal çəkmək olar. Bəzən insan nə təcrübə və nədə ağıl yolu ilə deyil mənəvi paklıqla Allahı tanıyır.