Oktyabr 5, 2018

Xatırladığınız ilk hadisələr heç vaxt olmamış ola bilər.

Mövzuyla bağlı həyata keçirilmiş bir araşdırmada elm adamları mühim bir kəşf etdilər. İnsanların təxminən 40%-nin ilk xatirələri tamamilə xəyalidir.

Araşdırmaçılar, 6.641 adamda xatırladıqları ən köhnə hadisənin hansı yaşlara aid olduğunu araşdırdılar və 2.487 adam ilk xatirələrinin 2 yaşdan əvvələ, 893-ü isə ilk xatirələrinin bir yaşdan əvvələ  aid olduğunu ifadə etdilər.

İnsanların çoxu, 3-3,5 yaşdan əvvəli xatırlamırlar və beynimiz bu məlumatları saxlamaq üçün kifayət deyil. Yaddaşın güvənilməz olduğunu hamımız bilirik, ancaq tədqiqatçılar, nə üçün bu qədər çox adamın var olmayan xatirələrə sahib olduğunu bilmək istədilər və işin bir qisimində araşdırmaçılar iştirakçılardan xatırladıqları ilk xatirələrini danışmalarını istədilər. Elmi komanda, iştirakçıların danışıq tərzini, xatirələrin məzmununu və onu danışan şəxsin yaşını təhlil etdilər. Tədqiqatçılar, fərdlərin yaşı artdıqca, baş verməmiş xatirələri danışmalarının daha mümkün olduğunu kəşf etdilər.

Bu xatirələrin mütləq baş vermiş bir hadisədən deyil, fotoşəkillərdən və yaxud ailə üzvlərinin danışdıqlarından formalaşdığına iddia edilir. Alimlər, bunun səbəbinin, bir insanın ilk xatirələrini danışmaq ehtiyacından irəli gəldiyini deyirlər.

London Universitetinin psixoloqu Martin Konveyin sözlərinə görə, “Olmayan hadisələri xatırlayan insanlar, bunun xəyali olduğundan xəbərsizdirlər”.

 

Mənbələr:

  1. Akhtar, S., Justice, L. V., Morrison, C. M., & Conway, M. A. (2018). Fictional first memories. Psychological Science, 0956797618778831.
  2. https://www.sciencealert.com/earliest-memory-may-be-fictional-40-percent-of-people