Aprel 5, 2019

Yaponiya uçan avtomobil dövrünə hazırlaşır: Tıxac sıxlığı tarixə qovuşacaqmı?

1985 tarixli “Back to the Future” filmində Maykl Foksun canlandırdığı Marti Mak Flayın DeLoranını xatırladan uçan avtomobillər xəyal olmaqdan çıxır.

Dünyada tıxac sıxlığı problemi gedərək artır. Edilən araşdırmalara görə, keçən il İstanbulda hər bir sürücü ilin 6,5 gününü tıxacda  gözləyərək keçirib.

İstanbul, Tokyo və Nyu York kimi meqapolislərdə yaşanan tıxac problemini həll etməyə çalışan Yapon “Skydrive” adlı bir şirkət, bu yaxınlarda bu il içində test edib 2020-də uçan vasitələr bazarına girməyi planladığı “dünyanın ən kiçik uçan avtomobili” VTOL-i tanıtdı.

Adıyla eyni VTOL (Vertical Taxa-off and Landing) texnologiyasını istifadə edərək şaquli şəkildə qalxıb enə bilən vasitə, ilk baxışda iki nəfərlik bir dronu xatırladır.

Skydrive CEO-su Tomohiro Fukuzavanın verdiyi məlumata görə vasitə, şəhər daxili istifadəyə uyğun, yığcam avtomobil ölçüsündə və çox yüngüldür.

8 mühərriki və sabit qanadları var. Elektrikli avtomobilə bənzər şəkildə 10-15 dəqiqədə dola bilən və 2-3 saat istifadə edilə bilən batareyaları var.

VTOL vertolyotun əksinə pərvanəsi olmadığı və mühərriki də elektrikli olduğu üçün çox səs də çıxarmır. Avtonom uça bildiyi kimi istənilsə bir pilot tərəfindən də idarə oluna bilir.

2023-də nizamlı uçuşlara başlaması planlanan VTOL ilə tək səfərlik qısa bir uçuşun 40-50 dollara başa gəlməsi planlaşdırılır. Təkərli bir avtomobildən çox daha qısa zamanda yolçuları istədikləri yerə çatdırması isə ən böyük üstünlüyüdür.

Əslində VTOL yalnız uçmur, lazım olsa düz yolda da sürülə bilinir. Mənzili də 30 kilometrdir.

Xəyaldan gerçəyə

Elektrikli avtomobillərin yollarda gedərək daha çox görüldüyü bu günlərdə uçan avtomobil mövzusu son zamanlara qədər davamlı xəyal edilən idi, ancaq heç cür ticari olaraq reallaşdırıla bilməyən bir proyekt idi.

Son 10 ildə texnika istehsalında getdikcə daha yüngül vəsaitlər istifadə edilməyə, batareya texnologiyası inkişafa başladı, avtonom sürüş proqramı da irəlilədi.

Keçən ay İsveçrənin Davos şəhərində edilən və dünya liderlərinin də qatıldığı “Dünya İqtisadi Forumunda” mövzuyla əlaqədar edilən şərhlərə görə, önümüzdəki bir neçə il içində dünyanın fərqli yerlərindən 20-ə yaxın böyüklü-kiçikli firma öz uçan vasitə dizaynını bazara sürməyə hazırlanır.

“Airbus”“Boeing” xaricində məsələn “Uber”, Teksasda iki nöqtə arasında xidmət edəcək bir sistemi gələcək il test edəcək. Alman “Volocopter” firması isə tıxacın sıx olduğu Sinqapurda bu il uçan taksi sınaqlarına başlayacaq.

Tıxac sıxlığı xaricində zəlzələ, sunami, nüvə stansiyası qəzası, torpaq sürüşməsi kimi təbii fəlakətləri illərdir ard-arda yaşayan, hətta bəzən 2011-də olduğu kimi eyni il içində hamısıyla birdən mübarizə aparmaq məcburiyyətində qalan Yaponiyada isə uçan avtomobilin çöl yerlərə təcili kömək aparma, nüvə stansiyalarının təhlükəsizliyini möhkəmləşdirmə kimi fərqli istifadə sahələrinin də ola biləcəyindən bəhs edilir.

Bu məqsədlə texniki-iqtisadi işləri Toyotanın maliyyələşdirdiyi “Cart!vator” kimi könüllü cəhdlər və “Skydrive” kimi ticari şirkətlər ilə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi (METI) əməkdaşlığında koordinasiya edilir.

Maneələr nələrdir?

Bütün bu inkişaflara baxıb dərhal, sabah bir uçan avtomobil sahibi ola biləcəyinizi düşünürsünüzsə yanılırsınız. Əvvəlcə pilot sertifikatınızın olması gərəkdir.

Ayrıca infrastruktur, vasitə təchizatı və xidmət təqdimatı baxımından aşılması lazım olan maneələr var.

Minlərlə uçan nəqliyyat vasitəsinin gəzəcəyi bir mühitdə təhlükəsizlik hər kəsin başındakı ən böyük sual işarəsidir. O səbəblə bu ankı hava tıxac idarəsinin yerinə tamamilə yeni bir sistemin qurulması şərtdir. Bu da havaçılıq sahəsində yeni qanunlar çıxarılmasını ön görür.

Təkərli avtomobillərin əksinə uçan avtomobillər üçün şose, körpü kimi böyük infrastruktur sərmayəsi lazım olmasa da bu vasitələrin haradan qalxıb hara enəcəyi və park edəcəyi də ayrı bir müəmmadır. Bu an üçün bina tavanlarındakı heliportlara bənzər “vertiport”lar düşünülür.

Kenji Mikami, Tokyoda jurnalistlərə verdiyi müsahibəsində  bu məqsədlə Tokyonun uçan avtomobil istifadəsinə əlverişli hala gətiriləcəyini və yeni bir şəhər planının çıxarılacağını ümid etdiyini söylədi. Dünyada əhalinin sıx yaşadığı hər şəhərin belə nəhəng bir sərmayə gücünün olub olmayacağı isə müzakirə mövzusudur.

Yolun bir qəzaya gətirib çıxarmadan alqoritmlər tərəfindən yaradılması düşünülür. Bu səbəbdən gələcəkdə uçuşların tamamilə avtonom olacağına inanılır. Ancaq bu sistemin “hack” ediləcəyinə heç kim zəmanət verə bilməz.

Ayrıca ümumi ictimaiyyətin təsdiqi də lazımlıdır. İnsanların başlarının üzərində davamlı gedib gələn uçan vasitələr görməyə alışmaları lazımdır.

Digər bir nüans, uçan vasitə xidmətini kimin təmin edəcəyi və əməliyyatların necə idarə olunacağıdır. Bu mərhələdə hər kəsin xüsusi uçan vasitə sahibi olmasından çox Uber kimi taksi tətbiqlərini istifadə edəcəyi fərz edilir.

“Skydrive”dan Tomohiro Fukuzava, xəyalının uçan Yapon animasiya qəhrəmanı Doraemonunda olduğu kimi “hər kəsin hər yerə gedə bildiyi bir dünya” olduğunu söyləyir.

“Səhər qalxıb şüşəbəndinizdən və ya binanızın damından havalanaraq işə gedə biləcəksiniz”,- deyir.