Mart 16, 2019

Yeni Zelandiyada irqçi fikirlərindən sonra Avstraliyalı senatora yumurta atıldı.

Senator Freyzer Eninqin terror nəticəsində öldürülən 49 nəfərə görə müsəlmanları günahlandırılması beynəlxalq qınağa səbəb oldu.

Ekstrimist sağçı Avstraliyalı senator Yeni Zellandiyadakı məscidə edilən silahlı hücum barədə etdiyi mənfi şərhlər nəticəsində bir gənc tərəfindən yumurta ilə protest edildi. Şənbə günü Melbornda mətbuat konfransı zamanı adı açıqlanmayan bir gənc senatora yaxınlaşdı və onun başına yumurta ilə vurdu. Bundan sonra üzünü döndərən senator  həmin gəncə bir yumruq atdı və təhlükəsizlik işçilərindən onu dayandırmasını istədi.

Cümə günü keçirilən media açıqlamasında Ening bildirdi ki, məscidə edilən terror hadisəsinin səbəbi Yeni Zellandiyaya müsəlmanların miqrasiyasının çox olmasıdır.