Mart 16, 2019

Yeni Zelandiyadan sonra Londonda müsəlmanlara hücum edildi

İngiltərənin paytaxtı Londonda məscidin qarşısında müsəlmanlar hücuma məruz qaldılar.

Yeni Zelandiyada məscidə edilən və 49 nəfərin ölümünə səbəb olan terror hadisəsindən sonra İngiltərənin paytaxtı Londonun şərq hissəsində 20 yaşlarında üç nəfər saat 13:00 radələrində məscidin qarşısındakı Müsəlmanlara “Müsəlmanlar teroristdir” deyə qışqıra-qışqıra hücum edib. İslam əleyhinə şüarlar səsləndirən şəxslər daha sonra maşınlarına minərək hadisə yerindən  uzaqlaşıblar. Bir nəfər maşının qabaq hissəsinə çıxıb onları dayandırmaq istəsə də uğursuz alınıb.

Polis 27 yaşındakı Asiya kökənli bir şəxsin başından yaralandığını bildirib. Yaralı şəxs dostları tərəfindən müalicə məqsədilə xəstəxanaya aparılıb. Şahidlərin ifadəsinə görə iki şəxs cümə namazı üçün gözləyən insanların üstünə terrorist deyərək hücuma keçib.

https://www.youtube.com/watch?v=LSa2ipRwH_I