Aprel 17, 2019

Yepiskop Malxaz Sonqulaşvili – Ərbəin eşq və sülh simvoludur

İlk öncə qonaqpərvərliyiniz  üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Çox şadam ki, sizi Qum şəhərindən, bu cənabı Məşhəddən və digər iranlıları isə Kərbəlaya gedən yol boyu görə bilirəm. Kərbəlaya yaxınlaşdıqca həyəcanımız və eşqimiz daha da artır. Bu təntənəli yürüşdə iştirak etdiyimə görə çox şadam. Bu ziyarət dünyanın bütün  nöqtələrindən olan insanları özünə cəzb edir. Bu ziyarət təkcə xristianları, müsəlmanları və xüsusilə əksəriyyəti şiələr olan böyük cəmiyyəti özündə toplamayıb. Hətta müxtəlif əqidədə olan insanlar buraya toplaşaraq  sizinlə birgə bu qələbəni qeyd edir. Əlbəttə ki, biz imam Hüseyn üçün yas tuturuq, amma eyni zamanda bu şəhidliyin fonunda bir qələbə vardır. Bizim burda olmağımız  bu qələbənin göstəricisidir. O (İmam Hüseyn) öz missiyasını şəhid olmasından sonra belə yerinə yetirməyə müvəffəq oldu. O, bizə ədalət, insaf və eşq örnəyidir ki, bu nüanslar dünyada olan qorxu və nifrət səbəbi ilə bir-birindən ayrı düşüblər. Hər gün daha da çox bu faktorlara ehtiyac artmaqdadır. Məhz bu məsələ bizi bir araya toplayıb ki, bir-birimizə vurduğumuz yaralara və yaratdığımız  problemlərə  birlikdə çarə tapaq. Ona görə də mən bir xristian və yepiskop  olaraq bu yürüşün bir hissəsini sizinlə birgə ola bildiyim üçün çox şadam. Camaatın dostluğundan, səmimiyyətindən, mehribanlığından, burada olan eşqdən, verilən ehsanlardan və insana olan diqqətdən həzz aldım. Belə düşünürəm ki, Ərbəinin simvolu olan eşq və insanların bir-birinə diqqət ayırmasını tək Ərbəində deyil, Ərbəindən  sonrakı  həyatımız üçün də öyrənməliyik. Bu elə bir faktordur ki,  tək İraqda və ya Nəcəf- Kərbəla  yolunda deyil, gündəlik həyatımızda tətbiq etməliyik.

Mən insanlara səslənirəm, bura gəlsinlər! Düşünürəm ki, nə qədər çox insan Ərbəini təcrübə edərsə, bir o qədər dünya daha təhlükəsiz, daha aydın olacaq və dünyada daha çox sülh, əmin-amanlıq olacaqdır.

Bu dediklərim xristianlara da aiddir. Təkcə xristianlara deyil, hətta yəhudilər, bütpərəstlər, bütün dini inanca sahib olan insanlar və qeyriləri buraya gələrək bəşəriyyətin sahib olduğu eşq və məhəbbəti görsünlər.

Ərbəin yürüşü sülhün simvoludur.

Burada olan məhəbbət  və qonaqpərvərlik mədəniyyəti olduqca təsirli və maraqlıdır. Bu qonaqərvərlik mədəniyyətinin İbrahimi dinlərdən birinə aid olması ilə fəxr edirik. Şiə camiəsindən burada çadır quranların demək olar ki, hamısı inancından asılı olmayaraq hamıya məhəbbət, sevgi və ehtiram göstərir.

İstinad: VM Production